Hesabı və məlumatları silmək

Son yenilənmə: 21.11.2026

Bu səhifə «Dəvətnamə» (devet.pro-tech.az və Android tətbiqi) hesabının və ona bağlı məlumatların necə silinəcəyini izah edir. Xidməti PROTECH SOLUTIONS GROUP MMC göstərir.

1. Ən sürətli yol — tətbiqdə

Tətbiqdə panelə daxil olun → Ayarlar → «Hesabı sil». Təsdiq üçün dəvətnamənizin link adını yazın; silinmə dərhal icra olunur.

2. Müraciətlə

info@pro-tech.az ünvanına və ya WhatsApp (+994 99 369 53 33) vasitəsilə yazın: dəvətnamənin linki və ya panel istifadəçi adı, sifarişdəki ad və telefon. Kimliyinizi təsdiqlədikdən sonra silinmə 10 iş günü ərzində icra olunur və sizə bildirilir.

3. Nə silinir

Dəvətnamə səhifəsi və onun bütün mətnləri, qonaqların iştirak cavabları, xatirə divarındakı mesajlar, yüklənmiş şəkillər, dəvətnamənin açılma statistikası və panel hesabı (istifadəçi adı, parol).

4. Nə saxlanılır

Sifariş qeydi (ad, telefon, paket, məbləğ, ödəniş tarixi) mühasibat uçotu üçün qanunla tələb olunan müddətdə saxlanılır və başqa məqsədlə istifadə olunmur. Gündəlik ehtiyat nüsxələrdən silinmiş məlumat 30 gün ərzində özü silinir.

Əlaqə

Sualınız var?

Yazın — adətən bir neçə saat içində cavab veririk.