Məxfilik siyasəti
Son yenilənmə: 26.09.2026
Bu siyasət devet.pro-tech.az saytında və «Dəvətnamə» Android tətbiqində toplanan şəxsi məlumatların emalını izah edir. Məlumatların nəzarətçisi PROTECH SOLUTIONS GROUP MMC-dir.
1. Hansı məlumatları toplayırıq
Sifarişçidən: ad, telefon nömrəsi, istəyə bağlı e-poçt; dəvətnamənin məlumatları (adlar, tarix, məkan, mətnlər, yüklənən şəkillər).
Qonaqlardan: iştirak formasında yazılan ad, iştirak cavabı, nəfər sayı və istəyə bağlı qeyd; xatirə divarına yazılan ad və mesaj.
Texniki: dəvətnamə linkinin açılma sayı üçün cihaz növü (telefon/kompüter), ölkə və IP ünvanından hesablanan geri çevrilməyən kod (IP özü saxlanılmır). Təhlükəsizlik üçün uğursuz giriş və sifariş cəhdləri qısa müddət qeydə alınır.
Bank kartı məlumatları toplanmır — ödəniş Kapital Bank-ın səhifəsində aparılır.
2. Nə üçün istifadə edirik
Dəvətnaməni göstərmək, qonaq cavablarını Sifarişçinin panelinə çatdırmaq, sifarişi icra etmək və Sifarişçi ilə əlaqə saxlamaq üçün.
Məlumatlar reklam məqsədilə istifadə olunmur, satılmır və üçüncü şəxslərə verilmir; qanunla tələb olunan hallar istisnadır.
3. Kim görür
Qonaq cavablarını və təbrik mesajlarını yalnız dəvətnamənin sahibi (Sifarişçi) öz panelində görür. Xatirə divarındakı mesajlar dəvətnaməni açan hər kəsə görünür; Sifarişçi istənilən mesajı silə bilər.
Dəvətnamə səhifələri axtarış sistemlərində indekslənmir, yalnız linki olan şəxs aça bilər.
4. Harada saxlanılır
Məlumatlar Avropa İttifaqında (Frankfurt) yerləşən Supabase serverlərində saxlanılır; sayt Vercel platformasında işləyir. Gündəlik ehtiyat nüsxə eyni infrastrukturda məxfi saxlanılır və 30 gündən sonra silinir.
5. Kukilər (cookies)
Sayt yalnız zəruri kukilərdən istifadə edir: panel girişi sessiyası, qonağın əvvəlki cavabını yadda saxlamaq və qız evi / oğlan evi linkinin nişanı. Reklam və izləmə kukiləri yoxdur.
6. Mobil tətbiq
«Dəvətnamə» Android tətbiqi saytla eyni serverdən istifadə edir və əlavə şəxsi məlumat toplamır. Panelə giriş sessiyası cihazda şifrəli yaddaşda saxlanılır və «Çıxış» ilə silinir.
Tətbiqdə reklam, analitika və izləmə alətləri yoxdur. Foto seçimi yalnız siz şəkil əlavə edəndə sistemin öz seçicisi ilə açılır; tətbiq qalereyanıza başqa vaxt çıxış etmir.
Hesab sifarişdən sonra saytda yaradılır; hesabın və bütün məlumatların silinməsi üçün aşağıdakı e-poçta yazın.
7. Saxlama müddəti və silinmə
Dəvətnamə və onun məlumatları müddətsiz saxlanılır ki, link açıq qalsın. Sifarişçi dəvətnamənin və bütün qonaq məlumatlarının silinməsini istəyə bilər; müraciət 10 iş günü ərzində icra olunur.
Qonaq öz cavabının silinməsini dəvətnamənin sahibindən və ya bizdən istəyə bilər.
8. Əlaqə
PROTECH SOLUTIONS GROUP MMC · Bakı şəhəri, Cəfər Xəndan küçəsi 54/53, AZ1108
E-poçt: info@pro-tech.az · Telefon / WhatsApp: +994 99 369 53 33